09 İyun 2026, 15:11
FUTBOL
"Mançester Siti" "Tottenhem"ə keçəcəyi gözlənilən Savinyoya əvəzləyici tapıb.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Everton"da çıxış edən İliman Ndiayeni transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Şəhərlilər" artıq seneqallı vinger üçün onun klubu ilə rəsmi danışıqlara başlayıblar.
Qeyd edək ki, İliman Ndiaye 2024-cü ilin yayından "Everton"da çıxış edir. 26 yaşlı futbolçu ötən mövsüm "mavilər"in heyətində keçirdiyi 34 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

_1781026155.jpg)











