"Liverpul" mərkəz müdafiəçisi İbrahima Konatenin gedişindən sonra müdafiə xəttini əsaslı şəkildə yeniləməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
Konateni əvəzləyəcək əsas variantlardan biri kimi "Sportinq"in 24 yaşlı müdafiəçisi Qonkalo İnasio nəzərdən keçirilir. Portuqaliyalı futbolçunun xüsusilə topu hücuma daşımaq bacarığı yüksək qiymətləndirilir.
Mersisaydlılar "Napoli"nin oyunçusu Sem Bukema ilə də maraqlanır, lakin niderlandlı müdafiəçi prioritet namizəd hesab olunmur. Klubun siyahısında yer alan digər bir ad isə "Tottenhem"in 19 yaşlı istedadı Luka Vuşkoviçdir.
Bununla yanaşı, "Liverpul" skautları "Nottingem"in futbolçusu Murillonun transferi üzərində işləri gücləndiriblər. Qeyd edilir ki, braziliyalı müdafiəçi Premyer Liqadakı təcrübəsi və fiziki gücü sayəsində komandaya böyük fayda verə bilər.








_1781108547.jpg)




