"Milan"ın yeni baş məşqisi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi Oliver Qlasnerlə anlaşıb. Bu barədə "Goan" nəşri məlumat yayıb.

Avstriyalı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq. 51 yaşlı məşqçinin illik maaşı 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Oliver Qlasnerin son iş yeri "Kristal Pelas" olub. O, başa çatan mövsümün sonunda İngiltərə klubundan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest