19 İyun 2026, 14:42
FUTBOL
Aparıcı Florensiya Penya, Argentina milli komandasının hücumçusu Lionel Messinin atası Xorxe Messinin ölümü ilə bağlı yalan məlumat yaydığına görə Argentinanın "Luzu TV" yayım xidmətindən qovulub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Infobae" onlayn nəşri paylaşıb.
Jurnalist canlı yayımda Xorxe Messinin vəfat etdiyini bildirsə də, sonradan bu xəbərin yalan olduğu üzə çıxıb və aparıcı hadisəyə görə ulduz futbolçudan üzr istəyib.
Xatırladaq ki, hazırda hazırkı dünya çempionu titulu ilə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatında mübarizə aparan Argentina millisi iyunun 11-dən iyulun 19-na qədər davam edəcək turnirin əsas favoritlərindən hesab olunur.













