Azərbaycanın futzal yığmasının 2028-ci ildə baş tutacaq dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsində qarşılaşacağı komandalar müəyyənləşib.
Azərbaycanın futzal yığmasının 2028-ci ildə baş tutacaq dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsində qarşılaşacağı komandalar müəyyənləşib.
Matc.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv 12-ci qrupda Çexiya və Latviya milliləri ilə qüvvəsini sınayacaq.
Reqlamentə əsasən, dairəvi sistemlə evdə və səfərdə keçiriləcək görüşlərin yekununda 12 qrup lideri ilə yanaşı, ən yaxşı nəticə göstərən 4 ikinci yer sahibi elit raunda birbaşa adlayacaq. Digər 8 qrup ikincisi isə pley-off mərhələsində mübarizə apararaq elit raundun son 4 vəsiqəsi uğrunda yarışacaq.













