çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Partizani" - "Qarabağ" oyunundan öncə qonaq komandanın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sabah baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 19:15-də media mənsublarının önünə çıxacaq.

Azərbaycan çempionunun son məşqi isə 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyunu iyulun 10-da Tiranada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest