17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışır. Matc.az xəbər verir ki, komanda sabah bir araya gələcək.

Bakıda baş tutacaq hazırlıq iyulun 18-dək davam edəcək. Məşqçilər korpusu toplanışa 23 futbolçu çağırıb.

U-17-nin heyəti: Şəfiqə Dabaxova, Nübar Eminova, Nigar Bayramova (hamısı "Qubek"), Mədinə Gözəlova ("Xırdalan Siti"), Aytac Feyzullayeva, Fidan Cəfərova, Nahidə Məmmədova, Fəridə Abdulmənəfova (hamısı "Gənclik"), Alina Nəhmədova, Leyla Ağayeva (hər ikisi "Fidan"), Milana Rəhimova, Lamiə Əlizadə, Rübabə Atakişizadə, Pərvin Səfərəliyeva (hamısı 8-İOEUGİM), Samirə Aşırova, Aysun Muradova (hər ikisi "Zaqatala"), Yasmin Abdullayeva, Züleyxa Zamanlı (hər ikisi "Keşlə"), Nisrine Zerioul ("VFL Boxum 1848", Almaniya), Semanur Arzik, Büşra Yabancı (hər ikisi "ALG Spor", Türkiyə), Edanur Mutlu, Kardelen Patoğlu (hər ikisi "Qazikənt", Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest