İspaniya millisi 2026-cı il dünya çempionatının yekunlarına görə rekord məbləğdə mükafat qazanıb.

Matc.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Bildirilir ki, dünya çempionatının ümumi mükafat fondu 727 milyon dollar təşkil edib ki, bu da indiyədək komandaların dünya birinciliyində ümumilikdə əldə etdiyi ən böyük məbləğdir.

Turnirin qalibi kimi "Furiya Roxa" 50 milyon dollar, həmçinin dünya çempionatına hazırlıq kompensasiyası olaraq hər bir komanda üçün nəzərdə tutulan daha 1,5 milyon dollar əldə edib. Dünya çempionatları tarixində heç bir milli komanda yarışların yekununda bundan daha çox pul almayıb.

Bu, cari ildə dünya çempionatında 48 komandanın iştirakına icazə verilməsi və buna uyğun olaraq turnirin pley-off mərhələsinə əlavə raundun (1/16 final) daxil edilməsi ilə bağlıdır.

Dünya çempionatı-2026-da milli komandaların qazanc məbləğləri:
51,5 milyon dollar: İspaniya
34,5 milyon dollar: Argentina
30,5 milyon dollar: İngiltərə
28,5 milyon dollar: Fransa
20,5 milyon dollar: Belçika, Mərakeş, Norveç, İsveçrə
16,5 milyon dollar: Braziliya, Misir, Kanada, Kolumbiya, Meksika, Paraqvay, Portuqaliya, ABŞ
12,5 milyon dollar: Avstraliya, Avstriya, Əlcəzair, Bosniya və Herseqovina, Qana, DR Konqo, Ekvador, Kabo-Verde, Kot-d'İvuar, Niderland, Almaniya, CAR, Seneqal, Xorvatiya, İsveç, Yaponiya
10,5 milyon dollar: Haiti, İran, İraq, İordaniya, Qətər, Kürasao, Yeni Zelandiya, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay, Özbəkistan, Çexiya, Şotlandiya

Xatırladaq ki, İspaniya ikinci əlavə vaxtda Ferran Torresin vurduğu qol sayəsində finalda Argentinaya qalib gələrək 2026-cı ilin dünya çempionu olub. Bu oyundan sonra FİFA final fitindən sonra "Albiseleste" futbolçularının hərəkətləri ilə bağlı intizam araşdırmasına başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest