"çempionlar Liqasında debüt etmək bizim üçün xüsusi hadisədi. Komandam kimi, mən də oyuna çox yaxşı motivasiya olunmuşam". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin müdafiəçisi Villiam Kordeyro deyib.

Albaniya çempionu çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək. Oyunla bağlı yerli mətbuata açıqlama verən Tirana klubunun yeni transferi iddialı olduqlarını söyləyib.

Braziliyalı sağ cinah oyunçusu hədəflərinin mərhələ adlamaq olduğunu vurğulayıb: "Qarabağ"la görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, "Qarabağ" çox güclü komandadı. Ancaq meydan amilindən yararlanıb, ilk oyunda qələbə qazanmalıyıq. Burda müsbət nəticə cavab görüşünə daha rahat çıxmağımıza şərait yaradacaq. İtiriləcək heç nəyimiz yoxdu. "Qarabağ"ın adından və gücündən qorxmaq uğursuzluğa səbəb ola bilər. Bu üzdən rəqibə meydan oxumağa hazırıq".

Qeyd edək ki, "Partizani" – "Qarabağ" oyun Bakı vaxtı ilə 19:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest