PSJ-nin vingeri Bredli Barkolya "Liverpul"dan gələn təkliflər fonunda Fransa klubu ilə müqaviləni yeniləməmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.
Bildirilir ki, hücumçu ilə Paris klubu arasındakı vəziyyət qeyri-müəyyən olaraq qalır. O, 2026-cı il dünya çempionatı başlamazdan əvvəl PSJ rəhbərliyinə karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirməyə hazır olduğunu bildirib.
"Liverpul" artıq Barkolya ilə danışıqlar aparıb. Onun transferində Londonun "Arsenal" klubu da maraq göstərsə də, hələlik bu barədə rəsmi danışıqlar baş tutmayıb.
Paris təmsilçisi futbolçunun transferindən təxminən 170 milyon avro əldə etmək niyyətindədir, mersisaydlılar isə qiyməti aşağı salmağa çalışırlar.
Barkolyanın PSJ ilə rəsmi müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. 2025/2026 mövsümündə hücumçu klub səviyyəsində 49 matçda iştirak edib, 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Barkolya Fransa millisinin heyətində dünya çempionatında da çıxış edib. O, yığma ilə turnirdə üçüncü yer uğrunda matça qədər yüksəlib (İngiltərəyə 4:6 hesabı ilə uduzublar) və yarış ərzində rəqib qapılarına 3 dəfə yol tapıb.













