Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani"nin təxmini "11-liy"i müəyyənləşib. Baş məşqçi Franko Lerdanın bu gün keçiriləcək qarşılaşma üçün heyəti bəllidi.

çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Partizani"nin təxmini "11-liy"i müəyyənləşib. Matc.az-ın yerli "Panorama Sport" saytına istinadən məlumatına görə, baş məşqçi Franko Lerdanın bu gün keçiriləcək qarşılaşma üçün heyəti bəllidi.

İtaliyalı mütəxəssisin yeni komandasındakı debüt matçında 4-3-3 taktiki sxemindən istifadə etməsi gözlənilir.

O, qapıda Alban Hocaya etibar edəcək. Müdafiənin mərkəzində Eneo Bitri ilə Eqzon Belitsa yer alacaq. Esin Hakay sol, Labinot İbrahimi isə sağ cinahda çıxış edəcək.

Yarımmüdafiənin mərkəzində Bruno Telyuşi oynayacaq. Esat Mala və Villiam Kordeyro Melo isə orta sahədə ona köməklik edəcək.

Albaniya çempionu hücumun sivri ucunda Eraldo çinarinin məhsuldarlığına bel bağlayacaq. Yasir Asani sağ, Emmanuel Mensa isə sol cinahdan ona dəstək olacaq.

Qeyd edək ki, Tiranada keçiriləcək "Partizani" - "Qarabağ" matçı Bakı vaxtı ilə 19:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest