01 Avqust 2026, 13:15
FUTBOL
Braqa"nın çexiyalı qapıçısı Lukaş Qorniçek "Nyukasl"ın oyunçusu olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu "Braqa" ilə danışıqlara başlamayıb.
"Transfermarkt" 24 yaşlı qapıçını 18 milyon avro qiymətləndirir. Qapıçı ilə şəxsi müqavilənin şərtləri artıq razılaşdırılıb.
Qorniçek böyük futbolda debütünü hələ 17 yaşında ikən "Pardubitse"dən transfer olunduğu "Braqa"da edib.
24 yaşlı qapıçı Çexiya millisinin heyətində cari ilin may ayının sonunda Kosovoya qarşı keçirilən yoldaşlıq görüşündə debüt edib. Qorniçek çexlərin 2026-cı il dünya çempionatı üçün müraciət ərizəsinə daxil edilsə də, turnirdə heç bir matçda meydana çıxmayıb.













