02 Avqust 2026, 16:42
FUTBOL
"Yuventus" qapıçı Emiliano Martinesin transferi üzərində işləri davam etdirməyəcəyini "Aston Villa"ya bildirib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Turin klubu bu qərarı bir neçə gün əvvəl qəbul etsə də, artıq ingilislərə rəsmi şəkildə məlumat verib.
"Yuventus" rəhbərliyi keçidin ümumi maliyyə dəyərini həddindən artıq yüksək hesab edib.













