"Barselona" zədəli Frenki de Yonqun əvəzləyicisi kimi Mərakeş millisinin və "Jirona"nın yarımmüdafiəçisi Azzedin Unaini heyətinə qatmaq variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito" teleqanalı məlumat yayıb.
Bildirilir ki, kataloniyalılardan başqa, 26 yaşlı futbolçu ilə daha bir neçə komanda maraqlanır. Lakin hazırda yarımmüdafiəçi gələcəyi ilə bağlı yekun qərar verməyib.
2026-cı il dünya çempionatında Azzedin 6 matçda meydana çıxıb və 2 qol vurub. Mərakeş yığması turnirin 1/4 finalına qədər irəliləyib.
Ötən mövsüm Unai bütün turnirlərdə 24 matçda iştirak edib, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avro təşkil edir.












