"Mançester Siti" "Çelsi"nin cinah hücumçusu Pedru Netunun transferi ilə bağlı təklif hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, London klubu 26 yaşlı vingerin potensial transferini 70 milyon funt-sterlinq (82 milyon avro) dəyərində qiymətləndirir.
"Şəhərlilər" portuqaliyalı futbolçunun transferi uğrunda "Milan"la rəqabət aparırlar. İtaliya klubu gələcəyi qeyri-müəyyən olan hücumçu Rafael Leaunun əvəzləyicisi kimi Netunun namizədliyini nəzərdən keçirir.
"Mançester Siti"nin "Çelsi"nin oyunçusuna marağı "şəhərlilər"in baş məşqçisi Entso Mareskanın onunla işləmək istəyindən sonra artıb. Netu İtaliyalı mütəxəssisin rəhbərliyi altında "zadəganlar"ın heyətində çıxış edib.
Ötən mövsüm Netu bütün turnirlərdə 52 matçda iştirak edib, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avro təşkil edir.













