"Roma" Almaniyanın "Volfsburq" klubundan yunanıstanlı mərkəz müdafiəçisi Konstantinos Kulyerakisinin transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu A Seriyasında 33 nömrəli formada çıxış edəcək. Transfer məbləği 15 milyon avro təşkil edildiyi bildirilir.

Qeyd edək ki, "Volfsburq" ötən mövsümün nəticələrinə görə pley-off matçlarında "Paderborn"a uduzaraq (0:0, 1:2 ə.v.) Almaniya Bundesliqasını tərk edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest