İspaniyanın "Vilyarreal" klubu Ukraynadan olan 18 yaşlı hücumçu Yuri Kisakı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə futbolçu öz "Instagram" hesabında məlumat yayıb.

Keçidin maliyyə detalları və müqavilənin müddəti barədə məlumat verilmir.

Kisak bu keçidə qədər İspaniyanın üçüncü divizionunda mübarizə aparan Kataloniyanın "Kornelya" klubunun gənclər komandasında çıxış edib.

Futbolçu ötən mövsüm U-19 komandasında 24 oyuna çıxıb və 8 qol vurub.

Qeyd edək ki, "Vilyarreal" ötən mövsüm İspaniya çempionatında üçüncü yeri tutaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest