2026/2027 mövsümünə hazırlıq çərçivəsində İngiltərənin "Arsenal" və İspaniyanın "Jirona" klubları arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.

Matc.az xəbər verir ki, London klubunun futbolçuları 4:1 hesablı darmadağınla qələbəni bayram ediblər.

Matçın 16-cı dəqiqəsində almaniyalı Kay Haverts "Arsenal"ı önə keçirib. 30-cı dəqiqədə "topçular"ın yeni transferi Xristos Tsolis komandasının üstünlüyünü artırıb. 50-ci dəqiqədə "Jirona"nın müdafiəçisi Arnau Martines fərqi azaldıb. 53-cü dəqiqədə 16 yaşlı Maks Doumen kataloniyalıların qapısına üçüncü qolu vurub. 55-ci dəqiqədə isə braziliyalı Qabriel Jezus yekun hesabı müəyyənləşdirib.

İngiltərə Premyer Liqasının I turunda "Arsenal" öz meydanında liqanın debütantı "Koventri" ilə qarşılaşacaq.

"Jirona" isə İspaniya La Liqa 2-nin start turunda avqustun 16-sı, bazar günü öz meydanında "Leqanes"i qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest