"Çelsi" Pep Çavarriyanın transferi ilə bağlı yeni təklif irəli sürəcək.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, London klubu 28 yaşlı müdafiəçi üçün "Rayo Valyekano"ya bonuslar da daxil olmaqla təxminən 25 milyon avro təklif edəcək.

İspaniya təmsilçisi isə bonuslar olmadan, sabit məbləğ kimi 25 milyon avro tələb edə bilər. Futbolçu özü artıq ingilislərlə razılığa gəlib və klubların ortaq məxrəcə gələcəyinə ümid edir.

Qeyd edək ki, Çavarriya La Liqanın ötən mövsümündə 33 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest