"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu "Partizani"yə qarşı keçirilən ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var. Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest