Futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, son oyun günündə də 8 qarşılaşma baş tutub.
 
Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" da mübarizəyə bu gün başlayıb. "Köhlən atlar" Albaniyanın "Partizani" klubu ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb. 
 
"Qarabağ" 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində "Dandalk" (İrlandiya) – "Riqa" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Maraqlıdı ki, sözügedən komandalar da ilk oyundan qolsuz heç-heçəylə ayrılıblar.
 
Belarus çempionu BATE bu gün Polşa "Pyast"ını, Moldova "Şerif"i isə Gürcüstanın "Saburtalo" klubunu qəbul edb. BATE heç-heçəyə razılaşıbsa, "Şerif" darmadağına üzülüb.
 
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
9 iyul
 
Astana (Qazaxıstan) – çFR Kluj (Rumıniya) 1:0
Qol: Postnikov, 68.
 
Ararat (Ermənistan) – AİK (İsveç) 2:1
Qol: Avetisyan, 3-pen; 45 – Obasi, 39.
 
HİK (Finlandiya) – HB Torshavn (Farer adaları) 3:0
Qol: Lappalaynen, 21; 66. O’Şonessi, 42.
 
Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya) 0:1
Qol: İbrahimi, 81-pen.
 
Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya) 1:3
Qol: Oremus, 29 – Conston, 35. Eduard, 51. Sinkleyr, 85.
 
Valetta (Malta) – Düdelanj (Lüksemburq) 2:2
Qol: Bettayeb, 26. Stolz, 45 – Pekker, 64. Borq, 70.
 
Suduva (Litva) – Srvena Zvezda (Serbiya) 0:0
 
TNS (Uels) – Feronikeli (Kosovo) 2:2
Qol: Draper, 49-pen. Edvards, 77 – Zeka, 89. Fazliu, 90-pen.
 
10 iyul
 
Partizani (Albaniya) – Qarabağ (Azərbaycan) 0:0
 
BATE (Belarus) – Pyast (Polşa) 1:1
Qol: Draqun, 64 – Pajişek, 36.
 
Şerif (Moldova) – Saburtalo (Gürcüstan) 0:3
Qol: Roloviç, 30. Koxeridze, 67. Kakubava, 71.
 
Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan) 2:1
Qol: Nquen, 6. Prişkin, 65 – Şverçok, 31.
 
Slovan (Slovakiya) – Sutyeska (Monteneqro) 1:1
Qol: Sporar, 82 – Koyaseviç, 90.
 
Dandalk (İrlandiya) – Riqa (Latviya) 0:0
 
Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç) 0:2
Qol: Yensen, 22. Soderlund, 69. 
 
Valyur (İslandiya) – Maribor (Sloveniya) 0:3
Qol: Perişiç, 42. Hotiç, 60. Kronaveter, 86-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest