"Yaxşı oyun keçdi. "Qarabağ" güclü komandadı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədi. Bu hesab sayəsində əmsalımızı da artırırıq. Açıq oyun getdi, xüsusi bir şey baş vermədi".

"Yaxşı oyun keçdi. "Qarabağ" güclü komandadı". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin prezidenti Qazmend Demi deyib.

O, yerli mətbuata açıqlamasında çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib.

Klub rəhbəri 0:0 hesabını uğurlu nəticə sayır: "Qol imkanlarımız olsa da, yararlana bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədi. Bu hesab sayəsində əmsalımızı da artırırıq. Cütün qalibi haqda sual açıq qalır, hələlik xüsusi bir şey baş verməyib. "Ferensvaroş"u xatırlayırsınız? Onlar burda qol vurmuşdular, biz isə səfərdə. Baş məşqçimizin komandanı cavab matçına hazırlamaq üçün vaxtı var. Bu da yaxşı haldı".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü gələn həftə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest