“Liverpul” hücumçusu Divok Oriqi ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Lakin belçikalı forvardın dəqiq hansı tarixə qədər bu klubda qalacağı açıqlanmayıb.

Oriqi 2014-cü ildə 10 milyon funt-sterlinq qarşılığında “Lill”dən transfer olunub. O, ötən mövsüm 22 oyuna çıxıb, 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest