11 Avqust 2026, 17:24
FUTBOL
"Udineze"nin müdafiəçisi Tomas Kristensen "Atalanta"ya keçir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, Berqamo klubu danimarkalı futbolçunun 22+5 milyon avroya məcburi satınalma şərti ilə icarəsi barədə razılıq əldə edib.
Kristensen ötən mövsüm A Seriyasında 28 matçda meydana çıxıb və 3 qol vurub.













