11 Avqust 2026, 17:50
FUTBOL
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba zədələnib.
Matc.az xəbər verir ki, bu barədə "Nice-Matin" nəşri məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı futbolçu meydandakı məşq zamanı xəsarət alıb. Ona tibbi yardım göstərildikdən sonra meydanı axsayaraq tərk edib.
Qeyd edək ki, Poqba 2025-ci ilin iyulunda "Monako"ya keçib. O, 2025/2026 mövsümündə 6 matçda iştirak etsə də, fərqlənə bilib.













