17 Avqust 2026, 16:35
FUTBOL
"Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə keçirilən cavab oyununda zədələnib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Oyunçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.













