"Mançester Siti" klubu hələ də "Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, transfer danışıqları yaxın günlərdə yenidən başlayacaq. Argentinalı futbolçu "Mançester Siti"nin transfer hədəfləri siyahısında qalmaqda davam edir.

Oyunçuya olan maraq şəxsən "şəhərlilər"in baş məşqçisi Entso Mareskanın istəyi ilə saxlanılır. "Çelsi"nin avqustun 14-də müddəti başa çatan ultimatumuna baxmayaraq, tərəflər danışıqları davam etdirməyə hazırlaşırlar.

Burada əsas məsələ transfer məbləğidir. Fernandes özü də Mareska ilə yenidən birlikdə çalışmaq üçün bu keçiddə maraqlıdır.

Futbolçunun gedişi prosesini sürətləndirmək üçün "Çelsi"nin idman direktorları agent Jorje Mendeşi prosesə cəlb ediblər. O, vaxtilə oyunçunun London klubuna keçidinin rəsmiləşdirilməsində iştirak edib və indi də cari danışıqlara cəlb olunub. Bu məsələdə "Çelsi"nin sahibi Behdad Eqbali də maraqlıdır.

Entso Fernandes 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir və onun klubla müqaviləsi 2032-ci ilin yayına kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 100 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest