İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç karyerasını başa vurub. Matc.az saytı xəbər verir ki, bunu 38 yaşlı forvard özü açıqlayıb.

O, artıq ayrılmaq vaxtı çatdığını vurğulayıb: "Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram".

Qeyd edək ki, Piter Krauç karyerası ərzində "Tottenhem" və "Liverpul" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest