"İnter" daha bir futbolçunu transfer edib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət "Cenoa"nın  qapıçısı İonut Radudan gedir.

22 yaşlı rumıniyalı qolkiperin keçidi milanlılara 12 milyon avroya başa gəlib. Ancaq razılığa əsasən, Radu növbəti mövsümü icarə əsasında genuyalıların heyətində keçirəcək.

Qeyd edək ki 2013-cü ildən "İnter"də olan İonut Radu bu il "Cenoa"ya keçmişdi. Lakin "neradzurra" onu yenidən transfer etmək qərarına gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest