Türkiyənin "Qalatasaray" klubu "Milan"dan portuqaliyalı vinger Rafael Leaunun transferinə olduqca yaxındır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Bildirilir ki, tərəflər portuqaliyalı vingerin keçidi ilə bağlı demək olar ki, razılığa gəliblər və hazırda ödəniş planını müzakirə edirlər.

İstanbul təmsilçisinin futbolçu üçün 45 milyon avro və əlavə bonuslar təklif etdiyi iddia olunur.

Qeyd edək ki, A Seriyasının geridə qalan mövsümündə Leau 29 matçda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest