"Ayaks" yeni mövsümün hazırlığına başlamaq üçün Avstriyaya yollanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amsterdam klubu kapitanı Mattiys de Liqti toplanışa aparmayıb.

çünki gənc müdafiəçinin karyerasını "Yuventus"da davam etdirməsi gözlənilir. Futbolçu ilə ortaq məxrəcə gəlinsə də, klublar arasında danışıqlar davam edir. Hazırda danışıqlar son mərhələdədi və Hollandiya millisinin üzvü hər an turinlilərlə müqavilə imzalaya bilər.

Qeyd edək ki, Mattiys de Liqt ötən mövsüm 55 matçda 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest