Marko Campaolo "Kremoneze"nin baş məşqçisi postundan qovulub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi bu qərarı "Kremoneze"nin İtaliya Kubokunun 1/16 final mərhələsində səfərdə "Parma"ya 2:0 hesabı ilə qalib gəlməsindən dərhal sonra qəbul edib.
Rəhbərliyin bu addımı komandanın B Seriyasında uğursuz startı ilə bağlıdır. Belə ki, ilk iki turda komanda xal qazana bilməyib. Ötən mövsümün nəticələrinə görə elitanı tərk edən klubda rəhbərlik tez bir zamanda geri qayıtmağı hədəfləyirdi.
Campaolo cari ilin mart ayından bəri "Kremoneze"yə rəhbərlik edirdi. O, daha əvvəl "Askoli", "Kalyari", "Siena", "Kataniya", "Çezena", "Breşia", "Empoli", "Sampdoriya", "Milan", "Torino" və "Leççe" klublarında çalışıb.













