Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da, tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb. Məkan dəyişikliyi UEFA ilə də tam razılaşdırılıb.

Xüsusi olaraq vurğulanıb ki, bu addım Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.

Milli assosiasiya Gəncədə yığma komandaya böyük maraq göstərən və bu oyunu səbirsizliklə gözləyən azarkeşlərə anlayış nümayiş etdirdikləri üçün minnətdarlığını bildirib. Həmçinin qeyd olunub ki, milli komandaların oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində təşkili AFFA üçün bundan sonra da prioritet istiqamətlərdən biri olaraq qalacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest