02 Sentyabr 2026, 21:35
FUTBOL
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə qarşılaşıb.
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, Bişkek şəhərində baş tutan yoxlama oyunu rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində yeganə təsəlli qolunun müəllifi Xədicə Rəhimova olub.
Hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da keçirilən ilk qarşılaşmada da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.













