İtaliyalı hücumçu Stefan El-Şaravi "Cenoa"ya keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, 33 yaşlı vinger azad agent statusu ilə "qrifonlar"ın heyətinə keçməyə bir addımlıqdadır. Tərəflər artıq 2027-ci ilin yayına qədər nəzərdə tutulan və daha 1 mövsüm uzadıla bilmə seçimi olan müqavilənin detallarını razılaşdırıblar.

El-Şaravi "Cenoa"nın yetirməsidir. O, peşəkar karyerasına məhz bu klubda başlayıb (2008–2011-ci illər), daha sonra isə "Milan"a transfer olunub.

Yayda Stefan müqavilə müddəti başa çatdıqdan sonra "Roma"nı tərk edib. Ötən mövsüm oyunçu romalıların heyətində bütün turnirlərdə 28 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest