02 Sentyabr 2026, 16:58
FUTBOL
"Neftçi"nin futbolçu Kenan Piriç arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "ağ-qaralar" müqaviləsi ləğv edilən qapıçıya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Ötən ilin yayında transfer olunmuş bosniya və herseqovinalı qolkiper "Neftçi"nin heyətində ümumilikdə 29 rəsmi oyunda meydana çıxıb.













