"Milan"ın futbolçusu Suso komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Roma" 25 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.

"Canavarlar" bu keçid müqabilində qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdı. Düzdü, ispaniyalı ilə Premyer Liqa və La Liqa klubları da maraqlanır. Lakin onların heç biri bu məbləğə yaxın durmurlar. "Roma" ötən ildən maraqlandığı futbolçunu bu yay heyətinə qatmaqda qərarlıdı.

Qeyd edək ki, Susonun "Milan"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest