Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakıda cavab qarşılaşmasına çıxacaq "Partizani" növbəti mərhələyə ümidini itirmir. Albanlar şanslarının az olduğu qənaətindədi. Yerli KİV hətta Tiranadakı qolsuz bərabərliyi belə, böyük uğur hesab edir.

çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakıda cavab qarşılaşmasına çıxacaq "Partizani" növbəti mərhələyə ümidini itirmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, albanlar şanslarının az olduğu qənaətindədi.

Maraqlıdı ki, yerli KİV hətta Tiranadakı qolsuz bərabərliyi belə, böyük uğur hesab edir.

Həmkarlarımız Bakıda penaltilər seriyasına bel bağlayırlar: "Qarabağ" cütlüyün aşkar favoritidi. Ancaq Albaniyadakı 0:0 hesabı "Partizani" futbolçularını ümidləndirdi. 2016-17 mövsümündəki uğuru təkrarlamaq üçün həmin yoldan keçmək vacibdi. çempionlar Liqasının II təsnifat mərhələsində "Ferensvaroş"la hər iki matçda eyni hesab (1:1) qeydə alınmış və Alban Hocanın qəhrəmanlığı sayəsində "Partizani" mərhələ adlamışdı. Bakıdakı oyunu da penaltilər seriyasına daşımaq və orda yenə kapitan Hocaya güvənmək lazımdı".

Qeyd edək ki, "Qarabağ" - "Partizani" qarşılaşması iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest