Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Partizani"nin təxmini "11-liy"i müəyyənləşib. Baş məşqçi Franko Lerdanın cavab qarşılaşması üçün heyəti bəllidi.

çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Partizani"nin təxmini "11-liy"i müəyyənləşib. Matc.az-ın yerli "Panorama Sport" saytına istinadən məlumatına görə, baş məşqçi Franko Lerdanın cavab qarşılaşması üçün heyəti bəllidi.

İtaliyalı mütəxəssisin ilk oyunda olduğu kimi, yenə 4-3-3 taktiki sxemindən istifadə etməsi gözlənilir.

O, qapıda Alban Hocaya etibar edəcək. Müdafiənin mərkəzində Eneo Bitri ilə Eqzon Belitsa yer alacaq. Labinot İbrahimi sağ cinahda çıxış edəcəksə, solda dəyişiklik planlaşdırılır. Tiranada Esin Hakaya güvənən Lerda bu dəfə komandanın aparıcı oyunçularından olan Lorents Traşini oynatmağı düşünür.

Orta sahədəki "üçlük" olduğu kimi qalacaq. Yarımmüdafiənin mərkəzində Bruno Telyuşi oynayacaqsa, Esat Mala və Villiam Kordeyro Melo ona köməklik edəcək.

Albaniya çempionunun hücum xəttində dəyişiklik olacaq. Düzdü, Yasir Asani yenə sağ insayd kimi mübarizə aparacaq. Albaniyada hücumun mərkəzində olan Eraldo çinari bu dəfə sol cinaha çəkiləcək. Emmanuel Mensanı ehtiyata çəkəcək italiyalı mütəxəssis hücumun sivri ucunda Brayan Brauna güvənəcək.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Partizani" - "Qarabağ" matçı saat 21:00-da start götürəcək. Tiranadakı ilk qarşılaşmada qol qeydə alınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest