"Mançester Siti"nin vingeri Leroy Sanenin "Bavariya"ya transferi baş tutmayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi Almaniya millisinin üzvündən imtina edib.

Buna səbəb ingilis klubunun 23 yaşlı oyunçunu satmaq istəməməsi və Sanenin "Bavariya"ya keçmək niyyətinin olmamasıdı. üstəlik, bu keçid "Bavariya"ya 100 milyon avrodan baha başa gələ bilərdi.

Almaniya çempionunun yeni hədəfi "çelsi"li Kallum Hadson-Odoidi. "Bavariya" rəhbərliyi onun üçün qarşı tərəflə danışıqlara başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest