Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Albaniyanın “Partizani” klubu arasında baş tutacaq cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Matc.az xəbər verir ki, iyulun 16-da "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. 
 
Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
"Partizani"nin baş məşqçisi isə saat 19:45-də "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 
“Qarabağ”ın mətbuat xidmətinin yaydığı digər məlumata görə, klub tərəfindən ayrılmış avtobus iyulun 16-da, saat 17:45-də media mənsublarını Respublika stadionundan "Azərsun Arena"ya, 19:00-da isə "Azərsun Arena"dan "Dalğa Arena"ya aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest