Dortmund "Borussiya"sı baş məşqçi Niko Kovaç ilə əməkdaşlığın 2029-cu ilin yayına qədər uzadılması barədə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir. Tərəflər müqavilənin müddətini daha 2 il uzatmaq barədə razılığa gəliblər. Yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Daha əvvəl "Borussiya" klub rəhbərləri Karsten Kramer, Lars Riken və Tomas Tress ilə də müqavilələrin müddətini uzatmışdı.

Kovaç Dortmund komandasına 2025-ci ilin fevralında baş məşqçi təyin olunub. Həmin ilin avqustunda klub onunla müqaviləni 2027-ci ilin yayına qədər uzatmışdı.

Qeyd edək ki, hazırda Almaniya Bundesliqasına başçılıq edən "Borussiya" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Azərbaycan təmsilçisi "Sabah"ın qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest