Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldo milli komandanın düşərgəsini tərk edib. Futbolçu yaxın saatlarda Səudiyyə Ərəbistanına uçmaq üçün Madriddə öz şəxsi təyyarəsinə minəcək.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Daha əvvəl futbolçunun, baş məşqçi Jorje Jezuşun aralarında heç bir münaqişənin olmadığı barədə bəyanatlarına baxmayaraq, yığmanın məşqini tərk etdiyi bildirilirdi. Həmçinin mütəxəssis mətbuat konfransında Ronaldonun danimarkalılarla görüşdə iştirak etməyəcəyini anons etmişdi.
Portuqaliya millisi Millətlər Liqasının III turu çərçivəsində səfərdə Danimarka ilə oktyabrın 1-də, cümə axşamı günü qarşılaşacaq. Görüş Kopenhagendəki "Parken" stadionunda baş tutacaq.
Qeyd edək ki, Portuqaliya yığması Millətlər Liqasında iki matç keçirib. Ronaldo Uelslə görüşdə (1:0) 67 dəqiqə meydanda olub və məhsuldar addımlarla yadda qalmayıb. Norveçlə oyunda (2:1) isə futbolçu ümumiyyətlə meydana çıxmayıb.













