Tanınmış italyan hücumçu Fabio Borini 35 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə idmançının özü "Instagram" səhifəsində məlumat yayıb.

Borininin karyerasındakı son klubu İngiltərə futbolunun dördüncü güclü liqası olan II Liqada çıxış edən "Selford Siti" olub.

Borini daha çox "Roma", "Liverpul" və "Milan"dakı çıxışları ilə tanınır. O, futbolda əsas karyerasına Londonun "Çelsi" klubunda başlayıb. Həmçinin "Suonsi", "Sanderlend", "Verona", "Fatih Karaqyümrük" və "Sampdoriya"da oynayıb.

2012-ci ildə Borini İtaliya millisinin heyətində 1 matç keçirib. Onun aktivində İtaliyanın müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclər yığmalarında 40 oyunda vurduğu 12 qol da var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest