Londonun "Arsenal" klubunun gənc yarımmüdafiəçisi Maks Doumana eyni anda Ginnesin Rekordlar Kitabına daxil edilməsi barədə üç sertifikat təqdim olunub.

Matc.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Douman Çempionlar Liqasında çıxış edən ən gənc futbolçu olub (15 yaş 308 gün). O, Dortmund "Borussiya"sından Yussufa Mukokoya məxsus rekordu yeniləyib.

Maks ötən mövsümdəki ikinci nailiyyətinə mart ayında imza atıb. O, Premyer Liqa tarixində qol vuran ən gənc futbolçu ünvanına sahib çıxıb (16 yaş 73 gün).

May ayında isə Douman İPL-in ən gənc qalibi olub (16 yaş 139 gün). O, "Mançester Siti"dən Fil Fodenin əvvəlki rekordunu geridə qoyub.

Qeyd edək ki, gənc futbolçu ümumilikdə "topçular"ın əsas komandasında 15 matç keçirib. O, bu oyunlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest