"Barselona" klubu komandanın 19 yaşlı sağ müdafiəçisi Xavi Espart ilə əməkdaşlığı uzatdığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni sözləşmə 2030-cu il iyunun sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Espart kataloniyalıların yetirməsidir. O, klubun əsas komandasında debütünü ötən mövsüm La Liqada, Hans Flikin rəhbərliyi altında edib.

Cari mövsümdə müdafiəçi "Barselona"nın formasında 5 matç keçirib, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əlavə, Espart İspaniyanın yeniyetmələrdən ibarət yığmasında da çıxış edib və heyətdə 2 matçda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest