çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Partizani" artıq Bakıdadı. Matc.az Albaniya mətbuatına istinadən xəbər verir ki, komanda bu gün səhər saatlarında Tiranadan yola düşüb.

Franko Lerdanın yetirmələri artıq Bakıya təşrif buyurub. Qalacağı otelə yollanan "Partizani" bu gün axşam saatlarında "Dalğa Arena"da oyunöncəsi son məşqini keçəcək.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest