çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Partizani" oyunu üçün avtobuslar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün ağdamlıların Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest