Belçikalı qolkiper Tibo Kurtua yaxın vaxtlarda rəsmi olaraq Madrid "Real"ı ilə yeni müqavilə imzalayacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, "Kral klubu"nun rəhbərliyi və 34 yaşlı qapıçının nümayəndələri artıq tam şifahi razılıq əldə ediblər. Hazırda Madrid təmsilçisinin hüquqşünasları və Kurtuanın tərəfi müqavilənin imzalanması üçün yekun sənədlərin mübadiləsini aparırlar. Belçikalı futbolçunun "qaymaqlılar"la yeni əmək sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Xatırladaq ki, Kurtua 2018-ci ilin avqustunda Londonun "Çелси" klubundan transfer olunduqdan sonra Madrid qrantının şərəfini qoruyur. "Real"ın heyətində belçikalı qapıçı Çempionlar Liqasının, UEFA Superkubokunun qalibi olub və dəfələrlə İspaniya çempionluğunu bayram edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest