"Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxıb. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayıb.

Ağdam təmsilçisi Albaniya çempionu "Partizani"ni qəbul edib. Bir həftə əvvəl Tiranada rəqibi ilə qolsuz bərabərə qalan Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün bu dəfə mütləq qələbə qazanmalıydı. Komandamız buna inamlı qələbə ilə nail olub.

Son 5 ildə avrokubokların qrup mərhələsinə qədər irəliləyən "Qarabağ" 2-ci təsnifat mərhələsində "Riqa" (Latviya) – "Dandalk" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Partizani" isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.

 

çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul

"Qarabağ" (Azərbaycan) – "Partizani" (Albaniya) 2:0
Qol: F.Ozobiç, 51. D.Kintana, 90+4.

Hakimlər: Dumitri Muntean, Vlad Lifçiu, Andrey Bodean, Aleksandru Tean (hamısı Moldova)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Bakı. "Dalğa Arena" stadionu
İlk oyun – 0:0

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Emreli, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov

Partizani: 12. Alban Hoca (k), 2. Eqzon Belitsa, 7. Erald çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Labinot İbrahimi, 23. Ersin Hakay, 26. Villiam Kordeyro, 33. Eneo Bitri.
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broxa, 19. Lorens Traşi, 38. Kristi Kote, 66. Yozef Ekuban, 90. Emmanuel Mensah, 99. Brayan Braun.
Baş məşqçi: Franko Lerda.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest